KANAL24.AZ
Az Iw En Ru

Qaynadılmış sümük suyunun xəstə və uşaqlara faydası

Sümük suyu kollagen (zülal) baxımından zəngin olduğu üçün pozulmuş bağırsaqları təkrar nizama sala bilir.

Kanal24.azQadinklubu.com-a istinadla sümük suyunun faydası haqqında məlumatları təqdim edir.

1. Bağırsaq keçiriciliyini azaldır.

Sümük suyundakı jelatin (zülal) sızıntılı bağırsağı yaxşılaşdırır. Həzm sisteminin selikli qişasına və qidaların yaxşı həzm olunmasına kömək edir. Tam parçalanmamış zülalların qana keçməsini əngəlləyir.

2. Sümüyün formalaşması, böyüməsi və sınmış sümüklərin yenidən birləşməsinə kömək edir.

Tərkibindəki kalsium, maqnezium və fosfor kimi maddələr bu işi yerinə yetirir.

3. İltihabəleyhinə mübarizə aparır.

Tərkibindəki iltihabəleyhinə amin turşuları, qlisin və prolin çox yüksəkdir.

4. Qrip və soyuqdəymə infeksiyaları ilə mübarizə aparır.

5. Oynaq ağrısı və iltihabın qarşısını alır.

Tərkibindəki qlükozamin, kollagen toxumaların artmasını və böyüməsini təmin edir.

6. Dəri, saç və dırnaq sağlamlığına faydalıdır.

7. Sümük suyunun içərisindəki kollagen və jelatin saçı artırır. Saç tellərini və dərini canlandırır.

8. Təbii, effektiv və ucuz vasitədir.

9. Yuxunu nizamlayır və beyni sakitləşdirir.

10. Asan hazırlanır və yeməklərə ləzzət verir.


16:53 09.04.2017