Çay bizim ən çox sevilən ənənəvi içkimizdir. Çay çox faydalıdır.
Kanal24.az saglamolun.az-a istinadən bildirir ki, güclü antioksidant xüsusiyyətlərinə görə çay orqanizmdə gedən qocalma proseslərini ləngidir, ürək-damar sistemini qoruyur, bir çox xəstəliklərin, o cümlədən xərçəngin inkişafının qarşısını alır.
Lakin bəzən çay orqanizmə ziyan da vura bilər. Bu hansı hallarda mümkündür?
1. Yüksək hərarət zamanı isti tünd çay ziyanlıdır və hərarətin daha da artmasına səbəb ola bilər.
2. Çox isti, qaynar çay içmək olmaz. Belə çayın daim istehlakı boğaz, qida borusu və mədə xərçənginə səbəb ola bilər. Mütəxəssislərdən tövsiyə - çay dodaqlarınızı yandırmırsa, içə bilərsiniz. Əks halda soyumasını gözləyin.
3. Yatmazdan bilavasitə əvvəl çay içməyin. Çayın tərkibində olan kofein sinir sistemini "oyadır" və bu da yuxuya getməyə mane olur. Digər tərəfdən çay sidikqovucu təsirə malikdir ki, bu da gecə rahat yatmağa əngəl ola bilər.
4. Qida qəbulundan dərhal sonra çay içməyin. Bu zülalların və dəmirin mənimsənilməsini pisləşdirir.
5. Spirtli içkilərdən sonra çay içmək olmaz. Bu böyrəklər üçün çox ziyanlıdır.
6. Axşamdan qalan çayı içməyin. Belə çayda artıq faydalı maddələr qalmayıb, mikrobların sayı isə əksinə çoxalıb.
7. Dərmanın üstündən çay içməyin. Bu dərmanların mənimsənilməsinə mane olur.