KANAL24.AZ
Az Iw En Ru

"Facebook"un ən məşhur siması

"Real Madrid" klubu və dünyanın ən məşhur futbolçusu olan Cristiano Ronaldo "facebook"da ən çox dosta sahib insandır.

"Real Madrid" klubunun və dünyanın ən məşhur futbolçusu olan Cristiano Ronaldo "facebook"da ən çox dosta, izləyiciyə sahib insandır. Bu da futbolçunun ən məşhur və sevimli sima olmasından irəli gəlir. 


Kanal24.az İnterAz istinadən xəbər verir ki, milyonlarla insanın sevimlisi olan futbolçu dünən onu sevən insanların hər birinə təşəkkürünü bildirib və saylarının 100 milyonu keçməsinə görə izləyicilərinə videomüraciət ünvanlayıb.

"Hər kəsə minnətdarlığımı bildirirəm, nəhayət ki, mən "facebook"da 100 milyon izləyiciyə sahib oldum. Hər kəsə dəstəyinə görə təşəkkürümü bildirirəm, mən həqiqətən də fəxr edirəm və xoşbəxtəm ki, bu saya çata bildik".


19:23 15.10.2014