ABŞ prezidenti Donald Tramp Suriya üzrə hərbi planlarını Rusiya lideri Vladimir Putinlə müzakirə etmək niyyətində deyil.
Kanal24.az xəbər verir ki, bunu Donald Trampın özü “The New York Times” nəşrinə müsahibəsində deyib.
“Mən hərbi planda etdiklərim haqqında heç vaxt danışmıram. Mən neçə illər ərzində belə yanaşmaya qarşı çıxırdım”, - Tramp bildirib.
Daha əvvəl isə ABŞ prezidenti Suriyanın İdlib vilayətində kimyəvi silah hücumu haqqında informasiyanı şərh edib. O, hücum nəticəsində çoxsaylı insanın ölümünə görə məsuliyyəti Suriya prezidenti Bəşər Əsədin üzərinə qoyub və bildirib ki, kimyəvi silahdan istifadə onun Suriya liderinə olan münasibətini dəyişdirib.
Tramp həmçinin qeyd edib ki, Əsədin “dəhşətli hərəkətləri” onun sələfi Barak Obama administrasiyasının zəif siyasətinin nəticəsidir.