1952-ci il ABŞ-ın paytaxtı Vaşinqtonda dünyaya gəlmiş Edvard Smit həm ölkəsində, həm də bütün dünyada mexanfoliya xəstəsi kimi tanınır. Kanal24.az xarici mətbuata istinadən xəbər verir ki, nadir seksual xəstəliklərdən olan mexanofiliyadan əziyyət çəkən bu insan qeyri-adi sevgisi ilə məşhurlaşıb. Qeyd edək ki, mexanofiliya insanın mexanizmlərlə intim münasibətlərinə əsaslanan seksual pozuntudur.
62 yaşlı amerikalı Edvard Smit də belələrindəndir. Avtomobillərə olan sevgisi ilə öz ölkəsində məşhurlaşıb. Onu məşhurlaşdıran təkcə maşınları sevməsi deyil. Məsələ burasındadır ki, Edvard Smit 1000-dən çox avtomobillə sevişdiyini deyərək qəribə rekorda imza atıb.
Vaşinqton ştatında yaşayan bu şəxs 2008-ci ildən etibarən heç bir qadınla yaxın münasibətdə olmadığını bildirir. Qeyd edir ki, buna səbəb ştatda və ümumiyyətlə, ölkədə heç bir qadının onun diqqətini cəlb etməməsidir.
Edvard Smitin sözlərinə görə, ona heç bir qadın lazım deyil. Bu boşluğu avtomobilləri doldurur. Edvard hətta açıq şəkildə avtomobillərlə "sevişdiyini" etiraf edir. Lakin bəziləri ilə.
O, "sevgili"lərinə romantik şeirlər həsr edir, onlara mahnı bəstələyir. Hətta onlarla dostları kimi mehribancasına söhbətlər edir.
Yaşı 60-ı ötmüş Edvardın ilk sevgisi 13 yaşında yaranıb. Həmin vaxtlar o, 'Corvette Stingray'-I sevib. Həmin maşın onu sakitləşdirirmiş. Əvvəllər bu hissin nə olduğunu bilməyən Edvard sonradan onun sevgi olduğunu başa düşüb.
62 yaşlı qoca iddia edir ki, əvvəllər qadınlarla sevgi romanı yaşamağa cəhd göstərsə də, bu fayda verməyib. Zərif cinsin nümayəndələri onda xoş təəssüratlar yaratmadığından Edvard axtardığını avtomobillərdə tapıb.
Onun sevgililəri arasında 'Opel GT' (70-ci illər), 'Ford Ranger' (1990-cı illər), 'Volkswagen Bee tle' kimi avtomobillər olub. Edvardın sözlərinə inansaq, o, bu avtomobillərlə onilliklər boyu sevgi macərası yaşayıb. O, sevimli avtomobilinə Vanilla adını verib.
2008-ci ildə 1000 avtomobillə sevgi macərası yaşamaqla məşhurlaşan Edvard özünü heç də anormal insan saymır.