Cənubi Amerikada, Paraqvayda seçki sistemində edilən dəyişiklik etirazlara səbəb olub.
Etriazçılar paytaxt Asuncionda yerləşən konqres binasına hücum çəkərək binanın şüşələrini qırıblar.
Kanal24.az xəbər verir ki, polislərlə etirazşılar arasında gərginlik artıb. İzdihamda etirazçılarla bərabər polislərin, siyasi fiqurların da xəsarət aldığı deyilir.
Beynəlxalq xəbər agentliklərinin işıqlandırdığı hadisənin səbəbi, 2018-ci ildə liderlik müddəti bitəcək olan prezident Horactio Carın yenidən namizədliyini irəli sürməsi olub. Xalq buna etiraz edib.
1954 - 1989-cu illər arasında General Alfredo Stroessnerin diktatorluğu altında əzilən Paraqvay 1992 ildə yeni konstitusiya ilə müasir bir hökumət sisteminə keçib.
Ölkədə ordu bir neçə dəfə dövlət çevrilişinə cəhd göstərib.
Praqvayda prezident seçkiləri 5 ildən bir keçirilir.