KANAL24.AZ
Az Iw En Ru

Öz qapımızla, rəqib komandanın qapısını "səhv salan" futbolçularımız - Siyahı

Azərbaycan millisi 22 illik tarixində 7-ci dəfə avtoqola üzülüb.

Kanal24.az Apasport-a istinadən xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsinin Xorvatiya ilə Osiyekdəki qarşılaşmasında qapımıza qol vuran Rəşad Sadıqov azarkeşlərimizi növbəti dəfə məyus edib.

 

Bu avtoqol millimizin ümumilikdə 7-ci, seçmə oyunlarında 5-ci, səfərdə 5-ci belə topdu. Yığmamızın oyun sayında rekordçusu və kapitanı isə artıq 3-cü dəfədi belə xətaya yol verir.

 

İki dəfə 2010-cu ildə avtoqol müəllifi olan Sadıqov bu göstəricidə yığmanın antirekorçusudu. Digər 4 oyunçu hərəyə 1 dəfə qapıları səhv salıb.

 

Maraqlıdı ki, ilk belə hal da kapitanımızın adı ilə bağlıdı. 2002-ci ildə İtaliya ilə Bakıdakı görüşdə yığmanın o vaxtkı kapitanı Tərlan Əhmədov ümumilikdə ilk, ev oyunlarında isə yeganə avtoqolun müəllifi kimi tarixə düşmüşdü.  Ondan sonra Emin Ağayev, Emin Quliyev və Aftandil Hacıyev də bu uğursuzluğu yaşayıb. Sadıqov isə son 3 avtoqolumuzun müəllifi olub. Yığmada 93 oyun keçirən müdafiəçi 4 dəfə rəqib qapılarına, 3 dəfə isə öz qapımıza qol vurub.

 

7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu


Bakı. Azərbaycan – İtaliya 0:2
Tərlan Əhmədov, 32 – hesabı açıb.

12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu 


Helsinki. Finlandiya – Azərbaycan – 3:0
Emin Ağayev, 14 – hesabı açıb

14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü


Dubay. BƏƏ – Azərbaycan - 3:3
Emin Quliyev, 4 - hesabı açıb

26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu


Varşava. Polşa – Azərbaycan – 8:0
Aftandil Hacıyev, 16 - hesabı 0:2 edib

29 may 2010-cu il. Yoldaşlıq görüşü.


Bişofshofen. Makedoniya - Azərbaycan - 3:1
Rəşad Sadıqov, 66 - hesabı 0:2 edib

7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu


Köln. Almaniya – Azərbaycan – 6:1
Rəşad Sadıqov, 53 – hesabı 0:4 edib

 

13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu

 

Osiyek. Xorvatiya – Azərbaycan – 6:0

Rəşad Sadıqov, 61 – hesabı 0:6 edib


01:01 15.10.2014