KANAL24.AZ
Az Iw En Ru

TANAP layihəsi üçün boru ixracı təmin ediləcək

Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üçün boru ixracı üzrə tenderin qalibləri Türkiyə şirkətləri olub.

Kanal24 xəbər verir ki, bu barədə çərşənbə axşamı "Akşam" qəzeti xəbər yayıb.

TANAP layihəsi üçün boru ixracını Türkiyənin «Borusan Mannesmann», «Noksel Çelik Boru» və «Erciyas Çelik Boru» şirkətləri təmin edəcəklər.

Oktyabrın 14-də Ankarada TANAP-ın tikintisi layihəsi üçün boru ixracı üzrə sazişin imzalanması mərasimi keçiriləcək. Tədbirdə Baş nazir Əhməd Davudoğlu və energetika və təbii sərvətlər naziri Taner Yıldız iştirak edəcəklər.

Bir müddət əvvəl Türkiyə şirkətləri TANAP layihəsi üçün boru ixracını təmin etməyə hazır olduqlarını bəyan etmişdilər. Bu barədə Türkiyənin Polad Boru İstehsalçıları Assosiasiyasının (ÇEBİD) rəhbəri Əhməd Erciyas bildirmişdi.


18:57 14.10.2014