KANAL24.AZ
Az Iw En Ru

"Qarabağ münaqişəsinin həllində İranın dəstəyi çox önəmlidir"- İlham Əliyev

Kanal24.az xəbər verir ki, aprelin 9-da Azərbaycan prezidenti İlham Əliyev İrana rəsmi səfərə gedib.Ölkə başçısının təyyarəsinin endiyi Tehranın "Mehrabad" hava limanında fəxri qarovul dəstəsi düzülüb. Azərbaycanın dövlət rəhbərini İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, digər dövlət və hökumət rəsmiləri qarşılayıblar. Həmin gün Tehranda İran prezidentinin iqamətgahında İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İ.Əliyev İran prezidenti Həsən Ruhani tərəfindən qarşılanıb. Daha sonra ölkə başçılarının təkbətək görüşü keçirilib. Ardınca geniş tərkibdə görüş olub. Sonra isə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.İmzalanma mərasimi başa çatdıqdan sonra İlham Əliyev və Həsən Ruhani mətbuata bəyanatlarla çıxış ediblər.
İlham Əliyev bəyanatında Azərbaycan üçün ən ağrılı problem olan Qarabağ münaqişəsinin həllində İranın dəstəyinin çox önəmli olduğunu vurğulayıb: "Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslandığından bu mövqeyə görə Sizə minnətdarıq".


10:18 10.04.2014