Azərbaycanın mobil operatoru "Bakcell" MMC fevralın sonunadək SMS-spamdan müdafiə xidmətini istifadəyə verəcək.
Şirkətdən bildirilib ki, yeni xidmət SMS-in köməyi ilə reklam və informasiya xarakterli bütün mesajların abonentə daxil olması imkanının tamamilə qarşısının alınmasını nəzərdə tutur.
Bunun üçün operator tərəfindən müəyyən edilmiş dördrəqəmli nömrəyə SMS göndərilməlidir. Abonentlər öz "ağ vərəq"lərini müstəqil formalaşdıra biləcəklər və oraya göndərişi almaq istədikləri şirkəti və ya bank strukturunu əlavə edəcəklər. Bunun üçün şirkətin adını göstərməklə müvafiq nömrəyə qısa mesaj göndərilməlidir.