KANAL24.AZ
Az Iw En Ru

"Avro-2016"da III tur həyəcanı

Kanal24.az xəbər verir ki, bu gün "Avro-2016"nın seçmə mərhələsində üçüncü turun oyunlarına start veriləcək.

Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş keçiriləcək.

C qrupunda Ukrayna evdə Makedoniya, Belarus isə Slovakiya ilə qarşılaşacaq. Son oyunda səfərdə Slovakiyaya 1:2 hesabı ilə uduzan İspaniya yığması səfərdə Lüksemburqun qonağı olacaq.

E qrupunda iki oyun keçiriləcək. Qrupun lideri olan İngiltərə yığması səfərdə Estoniya, Sloveniya isə Litva ilə münasibətlərinə aydınlıq gətirəcək.

G qrupunun lideri Rusiya millisi evdə Moldovanı, İsveç Lixtenşteyni qəbul edəcək. Monteneqro yığması isə səfərdə Avstriyanın qonağı olacaq.  


17:52 12.10.2014