KANAL24.AZ
Az Iw En Ru

Gərginliyin artması və insan tələfatına görə Ermənistan məsuliyyət daşıyır - XİN

Ermənistan Xarici işlər nazirliyinin 3 yanvar 2015-ci il tarixli bəyanatına cavab olaraq, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri.

"Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilmiş və Azərbaycanın əraziləri işğal edilmişdir.

Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər.

Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.

İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".


21:51 04.01.2015