KANAL24.AZ
Az Iw En Ru

Elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun “Sənaye ili” ilə əlaqədar olaraq tələbələr (magistrlər) və doktorantlar arasında təşkil etdiyi “Sənayenin inkişaf perspektivləri” mövzusunda elmi məqalə müsabiqəsi başa çatıb.

Nazirlikdən Kanal24.az-a bildiriblər ki, tədbirdə çıxış edən İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edildiyini və ölkə sənayesinin inkişafı istiqamətində il ərzində bir çox tədbirlərin həyata keçirildiyini vurğulayıb. O qeyd edib ki, yekun vurulan elmi məqalə müsabiqəsinə müxtəlif universitetlərin tələbələri və doktorantları tərəfindən sənayenin müxtəlif istiqamətlərinə dair məqalələr təqdim olunub. Məqalələr qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

Tədbirdə qaliblər elan olunub və hədiyyələr təqdim edilib.



16:46 31.12.2014