KANAL24.AZ
Az Iw En Ru

OSMANLI TÜRKLƏRİNİN TƏNƏZÜLLÜNDƏ “QƏRB MİLLİYƏTÇİLİYİ”NİN ROLU

Kanal24.az xəbər verir ki, dekabrın 18-20 də Diyarbəkirin Dicle Universitetinde “TEHCİRİN 100. YILINDA OSMANLI’NIN SON DÖNEMİNDEKİ İSYANLAR ULUSLARARASI SEMPOZYUMU" keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və Fəlsəfə İnstitunun Dr Faik Ələkbərov "OSMANLI TÜRKLƏRİNİN TƏNƏZÜLLÜNDƏ “QƏRB MİLLİYƏTÇİLİYİ”NİN ROLU movzusunda çıxış edib.

F.Ələbərov çıxışında deyib ki, ən azı iki əsrdir Türk düşüncəsinin dünya çapında assimilyasiya olunması üçün bir savaş gedir. Bu savaşı aparan qüvvələr Avropa və Amerika başda olmaqla, hər şeydən öncə Türk düşüncə sistemində Türk tarixini dəyişdirmə yönündə ciddi işlər görmüşlər. Çünki bir millətin-ulusun varlığı ilk növbədə, onun tarixi ilə bağlıdır: "Tarix elə bir anlamdır ki, orada bir millətin milli dəyərləri, mədəniyyəti, kültürü, törələri, yüksəlişi və enişi, bir sözlə hər nəsnə vardır. Hər bir millətin tarix fəlsəfəsi o millətin keçmiş təcrübələri olmaqla yanaşı, eyni zamanda milli prinsiplərinin, milli şüurunun da arxividir. Həmişə o millətlər eyni dairə üzərində fırlanan zaman oxunda irəliləmə və gəriləmələrə rəğmən var oldular ki, yeddi nəsil, sonra daha yeddi nəsil öncə baş vərənləri heç unutmadılar. Amma son iki əsrdə nəinki 1000 il bundan öncə baş vərən olayları, hətta dünən yazılan tarixi tamamilə başqa bir şəkildə, formada şüurlarımıza yeritdilər. Bunu elə asanlıqla yapdılar ki, belə desək ruhumuz da incimədi. Çünki düşündük ki, ilk tarixi yazan batılı-qərbli isə (Herodot), bu gün tarixi yalnız onlar (Monteskye, Herder, Toynbi, Fukuyama, Radlov, Vamberi, Dyakanov vəb.) obyektiv yaza bilərlər. Bu səbəbdəndir ki, bütün Türk torpaqlarında tarix araşdırmaçıları, arxeoloqlar 100-də 90 faizi türk olmayanlar oldular, bu gün də elədir. Hətta, bir çox zamanlarda türklər öz istəkləri ilə onları dəvət etdilər və edirlər də".

 


20:21 21.12.2014