ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ilk xarici görüşünü Yaponiya baş naziri Sindzo Abe ilə keçirib.
“RİA Novosti”i xəbər verir ki, görüş Nyu-Yorkda baş tutub.
Yaponiyanın baş naziri Sindzo Abe bildirib ki, ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampa etibar etmək olar.
“İttifaqı etimad olmadan fəaliyyət göstərə bilməz. Mən əmin oldum ki, ABŞ-ın növbəti prezidenti seçilmiş liderinə - Trampa etibar etmək olar”,deyə Abe bildirib.
Görüş haqqında əlavə məlumat verilməyib.