KANAL24.AZ
Az Iw En Ru

Ştaynmayer Türkiyəyə gedəcək

Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer noyabrın 15-də Türkiyəyə rəsmi səfər edəcək.

Milli.Az  xəbər verir ki, bu barədə  F.Ştaynmayer bundestaqda çıxışı zamanı bildirib.   

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl rəsmi Berlini çevriliş cəhdinin qarşısı alındıqdan sonra Ankaranı lazımi dəstək verməməkdə və PKK terrorçularına sığınacaq verməkdə günahlandırıb.

Almaniya DİN-nin məlumatına görə, Türkiyə DİN-i PKK terrorçularının ekstradisiyası ilə əlaqədar son illər ərzində Almaniyaya 4 minədək sorğu göndərib. Rəsmi Ankara bu sorğulardan heç birinin təmin edilmədiyini iddia edir.  


01:00 01.01.1970