Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqazşünaslıq İnstitutu yaradılıb.
Akademiyadan verilən məlumata görə, institut Azərbaycan Respublikasının Qafqaz regionu ilə çoxcəhətli əlaqələrini ardıcıl və sistemli şəkildə tədqiq etmək məqsədilə yaradılıb.
Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.