KANAL24.AZ
Az Iw En Ru

Faiq Ələkbərov: "Dəhşətə gəldim....Bu doğrudan da elmdirmi?"

"Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsində Humanitar və İctimai elmlərin nəticələrini gördüm dəhşətə gəldim....Bu doğrudan da elmdirmi? Humanitar və İctimai elmlər sahəsində qrant müsabiqəsindən keçən layihələrə və ayrılan maddi vəsaitə bir yerdə baxaq:

1) Azərbaycan muğamı: tarixi kökləri, fəlsəfəsi və ifaçılıq ənənələri ( 85,000 manat)

2) Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlər ( 100,000 m.)

3) Aşıq yaradıcılığı və dastanlar şərq poetikası və islami dəyərlər baxımından ( 8,000 m.)

4) Tanınmayan müəllif Əhməd ibn Məhəmməd əş -Şirvani irsinin axtarışında (12,000)

5) Basqal (tarixi -etnoqrafik tədqiqat) ( 35,000 m)

6) Naxçıvan toponimlərinin elmi-linqvistik tədqiqi ( 15,000 m.)

7) Sami dillərinin müqayisəli qrammatikası (ərəb və ibri dilləri) (50,000 m)

8) İnsan potensialına əsaslanan sosial müəssisələr Azərbaycanda icmaların davamlı innovativ inkişaf texnologiyası kimi (90,000 m)

9) Müasir Azərbaycan Şərq-Qərb kontekstində və multikulturalizm (25,000)

10) Aqrar istehsal strukturunun diversifikasiyasının iqtisadi əsaslandırılması (Gəncə-Qazax iqtisadi rayonunun misalında) (65,000 m )

11) Azərbaycan Respublikasında davamlı sosial-iqtisadi inkişafın təhlili və ekonometrik modelləşdirmə vasitəsi ilə qiymətləndirilməsi İqtisadiyyatı və Təşkili İnstitutu) (55,000 m ) Humanitar vә ictimai elmlәr sahәsi üzrә cәmi (manat) 540,000

Mənə elə gəlir ki, burdakı mövzularin xeyli qismi heç bir mənada aktual deyildir. Bu sahədə daha aktual ve vacib məsələlər var...Özelliklə, felsəfi, sosioloji, politoloji, tarixi, dilçilik sahələrində daha önəmli layihələr işlənməlidir..Milli-mənəvi deyerlərin təbliğinə önəm verilmelidir...Mən qalib gelen müəlliflərə hpörmet etmeklə yanaşı onlardan xeyli qisminin mövzularinin qətiyyən aktual olmadiğını düşünürəm...Biz məsələlərə daha geniş ve dərin şəkildə yanaşmalı, dövlətin sərvətini cəmiyyətin inkiafina doğru istiqamətləndirməliyik. Məncə, qalib müəlliflərin əksəriyyəti özlərində güc taparaq dövlətin pulunu boş yere sərf etməmək naminə bu işdən geri çəkilməlidirlər".

 

      Faiq Ələkbərov

fəlsəfə doktoru, dosent,

AMEA Fəlsəfə və Hüquq

İnstitutunun böyük elmi işçisi


19:11 04.12.2014