KANAL24.AZ
Az Iw En Ru

TQDK sədri vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

Kanal24.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin sakinləri və həmin rayonlarda və şəhərdə məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul dekabrın 9-da saat 11.00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu)

daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Şirvan regional bölməsinə müraciət etmələri (əlaqə telefonu (021) 215 15 23) xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarının və Şirvan şəhərinin təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


23:13 01.12.2014