KANAL24.AZ
Az Iw En Ru

Təhsil nazirlərinin üçüncü görüşü başlayıb BAKIDA

Noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin təhsil nazirlərinin üçüncü görüşü başlayıb.

Görüşdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, əldə edilən uğurlar və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov çıxış edərək tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qırğız Respublikasının təhsil naziri Kanat Sadıkov, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, qardaş ölkənin milli təhsil naziri Nəbi Avcı, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova və başqaları müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri və digər məsələlər müzakirə olunacaq.


19:47 28.11.2014