KANAL24.AZ
Az Iw En Ru

"Formula 1”i izləmək üçün bilet alanlar arasında Rusiya vətəndaşları daha çoxdur

Bakıda keçirilən "Formula 1" Avropa Qran-pri yarışlarını izləmək üçün 37 ölkədən bilet alınıb.

Kanal24.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, "Formula 1" yarışlarını izləmək üçün xarici ölkələr arasında daha çox bilet alan ölkə Rusiyadır. Ən çox bilet alın ikinci ölkə isə Böyük Britaniyadır.

Avropa ölkələri, Ukrayna, Niderland, ərəb ölkələrinin vətəndaşları da ən çox bilet alan ölkələr sırasındadır: "Bundan başqa, "Formula 1"in bütün komandaları, 22 pilot, 400-ə yaxın media nümayəndəsi artıq buradadır. Bunun gün artıq ilk test yürüşünə başlayırıq".

Qeyd edək ki, sbu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.


17:55 17.06.2016