Xankəndində azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi başlayır. Kanal24 Ermənistan KİV-nə istinadən xəbər verir ki, istintaq materialları məhkəməyə təqdim edilsə də, prosesin başlama vaxtı hələ təyin edilməyib.
Azərbaycanlı girovlar casusluq fəaliyyətində, eyni zamanda silahdan istifadə etməklə yetkinlik yaşına çatmayan erməni vətəndaşını qaçırmaqda və öldürməkdə ittiham olunurlar.
Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülmüşdü.