ABŞ-nin federal nümayəndələri ingilis dilində danışan İŞİD-çinin şəxsiyyətini müəyyənləşdirmək üçün cəmiyyətin köməyindən istifadə etməyi qərara alıb. Kanal24-ün məlumatına görə, onun axtarışı üçün büronun rəsmi saytında açıq sorğu başlanılıb.
İŞİD-çi bu günlərdə qruplaşmanın propoqandasını yayan videoda maska ilə görüntülənib. FTB bundan əvvəl ölkəni tərk edərək terrorçulara qoşulan və əlinə silah alan vətəndaşları eləcə də getməyi planlaşdıranları müəyyənləşdirmək istəyir.
“Bizə terorçulardan ayrılaraq evə qayıdan və xaricdən onlara dəstək verən və ya terrorçuların sırası qatılmaq istəyən insanların bilməmiz üçün cəmiyyətin köməyi lazımdır”- deyə FTB-nin terrorla mübarizə şöbəsinin direktor müavini Mayk Ştaynbax bildirib.
Agentliyin məqsədi ingilis dilli ehtimalla amerikalı olan insanların üzə çıxarılmasıdır. Bu həmin insanların vətəninə qayıdaraq çaxnaşma salması və cavanlar arasında terror toxumunu səpməsinin qarşısını alacaq.
Büronun agentləri diqqətlərini daha çox 19 sentyabrda hərbi paltar geyinən və maska taxaraq ərəb və ingilis dilində danışam İŞİD-çiyə yönəldiblər. Belə ki, terroçu amerika ləhcəsində danışır.
“Biz əminik ki, kimsə bu insanı tanıyacaq və bizə əsaslı məlumatların əldə edilməsində kömək olacaq”- deyə Ştaynbax bildirərərək “Məlumatın bir hissəsi belə, az sayılmır”- sözlərini əlavə edib.
Qeyd edək ki, İŞİD təşkilatının təhlükəsi təkcə bir bölgə üçün deyil. Avropa və ABŞ-dan on minlərlə vətəndaşın terrorçu təşkilata qatılması rəsmiləri hərəkətə gətirib. Belə ki, təşkilat internet və digər əldə olan vasitələrlə təbliğlə məşğul olur və sıraların genişləndirməyə çalışır.
Buna qarşı olaraq FTB-nin Minneapolis ofisi hətta metrolarda belə təbliğatın dayandırılması yönündə braşürlər paylamağa qərara verib. Onların məqsədi az bilikli, kasıb təbəqənin gənclərinin aldanmaqlarının qarşısını almaqdır. Çünki virus kimi yayılan ideologiya əsasən bu sinifin nümayəndələrin qurbanına çevirir.
17:12 08.10.2014