Türkiyənin Mardin şəhərində küçələrə çıxmaq qadağası qoyulub.
Kanal24.az xəbər verir ki, Mardin polisi yerli vaxtla 19:00-dan etibarən küçələrə çıxmamaq barədə anons verib.
Mardində dünən gecə işıq dirəkləri aşaraq yolu kəsib və etirazçılar barikadalar quraraq beynəlxalq İpək Yolunu bağlayıblar. Nümayişə davam edən etirazçılara polis qaz bombası və təzyiqli su ilə müdaxilə edib.
Qeyd edək ki, dünən gecə başlayan etiraz aksiyası bu gün də davam edib. Etirazçılar məktəblərə, inzibati binalara hücum ediblər.