Tovuzun sərhəddə yerləşən Əsrik-Cırdaxan kəndində mina partlaması nəticəsində ayağını itirən Bayram Süleymanov Tovuzda Mərkəzi rayon Xəstəxanasında müalicə olunur.
Kanal24.az-ın ANS-ə istinadən verdiyi xəbərə görə, Süleymanov artıq reanimasiyadan çıxarılaraq palataya köçürülüb.
Bayram Süleymanovun sözlərinə görə, mal-qaranı gətirmək üçün təmas xəttinə yaxın ərazidə minaya düşüb. Orada minanın basdırılması barədə nişanlar olsa da, havanın duman-çiskinli olması səbəbindən nişanları görməyib.
Mina partlayandan sonra sağ ayağı parçalanan Bayram Süleymanov çətinliklə sürünərək həbrçiləri köməyə çağırıb. Onu xeyli qan itkisilə xəstəxanaya çatdırıblar.