Azərbaycanda cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb.
Kanal24.az Penitensiar Xidmətinin saytına istinadən xəbər verir ki, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 371-2.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş, məhkum Əli Ərrəhman oğlu İsmayılovun yanına qısamüddətli görüşə gələn anası, Naxçıvan sakini Səadət Arif qızı İsmayılovanın görüş otağında üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan holland pendirinin içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.