Milli Məclisin sabiq deputatı Anar Axundzadə yeni vəzifəyə təyin olunub.
Bu barədə eks deputat özü məlumat verib.
Keçmiş parlament üzvü Səbail Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humаnitаr məsələlər şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. "Bu gün yeni vəzifəyə təyin olunmağımla bağlı əmr verilib. Sabahdan işə başlayacağam".
Xatırladaq ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur.