KANAL24.AZ
Az Iw En Ru

Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır

Prezident İlham Əliyevin Cəbrayıl şəhərində səsləndirdiyi fikirlər, torpaqlarımızın
işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə
yanaşı, ölkəmizə qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma
kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud
mənzərəni göz önündə sərgiləyir.
Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın bir zaman kəsiyində
təcavüzkar, vandal, dəhşətli və amansız müharibə cinayətlərinə yol verən,
azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən Ermənistana qarşı heç bir
sanksiya tətbiq etməyən, əksinə işğalın davam etməsinə çalışanların bu gün ölkəmizə
qarşı sanksiya çağırışları siyasi ikiüzlülüyün, riyakarlığın bariz nümunəsidir: "Cənab
Prezident Fransanın, Birləşmiş Ştatların və onların əlaltılarının eyni mərkəzdən idarə
olunan təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdikləri davranışları nankorluq kimi
qiymətləndirdi.
Sözügedən ölkələrin, təkcə Azərbaycana deyil, hətta öz müttəfiqlərinə
münasibətdə də sərgilədikləri davranışların iş üzünü açıb ortaya qoyur. Bu ölkələr üçün
heç bir dəyər, heç bir ölçü vahidi, prinsip yoxdur. Onlar beynəlxalq hüququn norma və
prinsiplərini ayaq altına atdıqları kimi, elan etdikləri dəyərlərdən, imzaladıqları
sənədlərdən çox asanlıqla imtina etməyi bacarır və bütün bunlardan sonra misli
görünməmiş ikiüzlülüklə başqalarını ittiham edirlər. 30 ilə yaxın Azərbaycan xalqını və
dövlətini işğalla barışdırmaq istəyənlər bunu bacarmadıqları, bütün səyləri boşa
getdikləri üçün ölkəmizi sanksiyalarla təhdid edirlər. Elə bil Azərbaycan torpaqları işğal
ediləndə ölkəmizə qarşı sanksiya tətbiq edən bunlar deyildilər. Elə bil Azərbaycan xalqı
bunların iç üzünü, gerçək simalarını tanımır, Azərbaycan dövləti uzun illərdən bəri
davam edən bu siyasi əxlaqsızlığın haradan qaynaqlandığını bilmir.
İndi də Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti
sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər. Cənab Prezident
bu çirkin müraciətin bizim iradəmizə təsir edə bilməyəcəyini bəyan etdi və şübhəsiz ki,
öz torpaqlarını öz gücünə azad edən, haqqı uğrunda dünyanın bütün şər qüvvələri ilə
savaşan bir liderin, dövlətin, xalqın iradəsinə kimsə təsir göstərə bilməz.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri


08:39 07.10.2024