Qalibiyyətli Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyevanını mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfər etməsi bir
daha dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur.
30 illik torpaq həsrətinə cəmi 44 gündə son qoyuldu. 2020-ci il oktyabrın 4-də Cəbrayıl
rayonu 27 illik işğaldan sonra azad edildi. Artıq Cəbrayılın düşmən tapdağından azad
olunmasından 4 il ötür.
2020-ci il noyabrın 16-da Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali
Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan
Bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın
ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın
mənəviyyatında, tarixində dərin iz buraxıb.
Cəbrayıl işğaldan azad edilən ilk şəhər kimi Zəfər tarixinə həkk oldu. Rayonun azad
olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri
dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin
Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Vətən müharibəsində qazanılmış tarixi
Qələbəni əbədiləşdirmək məqsədi ilə 4 oktyabr – Cəbrayıl şəhəri günü elan edilib.
Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək
müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib. Azərbaycan Prezidentinin
2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl
rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub. İndiyədək Cəbrayıl
şəhərinə 133 ailənin, yəni 433 nəfərin daimi məskunlaşması təmin edilib və bu işlər
böyük sürətlə davam edir.
Dövlət başçısı İlham Əliyevin 3 il öncə – oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin
nümayəndələri ilə görüşü cəbrayıllılırın yaddaşında tarixləşdi. Dövlətimizin başçısı
görüşdə çıxışı zamanı bildirdi ki, cbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra
ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır: “Çünki
düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan
azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz
yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz
çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə
cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl
Şəhər Günü ərəfəsində növbəti dəfə Cəbrayıla gəliblər. Ölkə başçısı Cəbrayıl və
Zəngilanda həyata keçirilən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin təməlqoyma
və istifadəyə verilmə mərasinlərində iştirak edib. 2 gün ərzində Cəbrayıl şəhərində
Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, “Azərişıq” ASC-
nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və Zəngilan
rayonunda “AzərEnerji” ASC-nin “Sarıqışlaq” Su Elektrik Stansiyasının açılışı, Cəbrayıl
şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin,
“Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, “Araz Vadisi
İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin, Zəngilan şəhərində beşinci və
altıncı yaşayış komplekslərinin təməlqoyma mərasimləri keçirilib. Ölkə başçısı həmçinin
Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin, Zəngilan
şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi və Zəngilan İstirahət Kompleksində
aparılan tikinti işləri ilə tanış olub.
Bu tədbirlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış
kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin
açarlarını təqdim ediblər.
Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, azad edilmiş torpaqlarda
aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır. “Heç bir başqa yerdə işğaldan,
müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu
günə qədər aparmamışlar”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, çünki bu işlər
genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür.
Cəbrayıl şəhərinin Horovlu kəndində görülən işlərə toxunan Prezident İlham
Əliyev deyib: “Bildiyiniz kimi, Horovlu da Cəbrayıl şəhəri kimi, eyni gündə azad
edilmişdir və bir neçə aydan sonra, yəqin ki, gələn ilin birinci yarısında Horovluya da
vətəndaşlar qayıdacaqlar”.
Cəbrayılın azad olunmasının dördüncü ildönümü günü keçirilən görüşdə cənab
Prezident bu hadisənin çox böyük əhəmiyyəti olduğunu bildirib. Çünki Cəbrayıl İkinci
Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi.
Səbinə İsmayılova,
Sabirabad rayonu Güdəcühür köçkün qəsəbə klub-icma mərkəzinin müdiri