Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ilk şəhərimizdir.
Müharibə başa çatdıqdan sonra dövlət başçımız bura səfəri zamanı mənzərə həqiqətən
də acınacaqlı idi. Bu gün isə şəhərin mənzərəsi tamamilə dəyişib. Prezident İlham
Əliyevin səfəri zamanı digər azad olunmuş ərazilərimizdə olduğu kimi, buraya da yeni
həyatın qayıtdığını gördük. Cəmi 4 ildə baş verən dəyişikliklər uğurlu və sistemli bərpa-
quruculuq prosesinin nəticəsidir. Dövlət başçımızın tapşırığına uyğun olaraq, ilk
növbədə minalardan təmizləmə işlərinə start verildi. Çünki böyük qayıdış üçün ilkin şərt
təhlükəsizliyin təmin olunması idi. Şəhərdə infrastruktur qurulur, müasir standartlara
uyğun yaşayış məntəqələri salınır, sosial obyektlər inşa edilir."
Dövlət başçımız budəfəki səfər zamanı da Cəbrayılda yeni sosial obyektlərin,
sənaye müəssisələrinin təməlini qoydu: "Bu isə yeni iş yerləri deməkdir və yerli əhalinin
məşğulluğunun təmin olunmasına töhfədir. Cənab Prezidentin 2022-ci il 16 noyabr tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı
layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, ötən həftə - sentyabrın
26-da Cəbrayıl şəhərinə köç başladı. Bu vaxta qədər 133 ailə, ümumilikdə isə 433 nəfər
öz ata-baba yurduna qayıdıb. Prezident İlham Əliyev yeni yaşayış kompleksinin
açılışında açarları Cəbrayıl sakinlərinə təqdim etdi.
30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın rahat və təhlükəsiz yaşayışı üçün
bütün addımlar atılır: "Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir. Prezident
İlham Əliyevin də söylədiyi kimi, bu, həm də onu göstərir ki, keçmiş köçkünlərin yaşayış
şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövləti əlindən gələni
əsirgəmir.
Nail Xanməmmədov,
Sabirabad rayonu Ulacalı kənd tam orta məktəbinin direktoru