23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni
işğalçıları tərəfindən zəbt olunmuşdu. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə
malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır.
İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və
baramaçılıq təşkil edirdi. Son illər 60 min tondan yuxarı üzüm istehsal olunurdu. Rayonda
üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye
obyekti mövcud olub.
Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları
2937 min m3 olan Tulus tuf, ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti
qumu, ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min
ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton
olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı,
ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi
yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları vardır.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda
yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi
Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən, karvan yolunun üstündə
tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla
əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu – IX əsrin əvvəllərindən başlayaraq,
XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.
Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağ-
Tumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid
Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı Qızılqaya dağındakı
Sigeon tikintisi, ġıxlar kəndi yaxınlığında “ġəhərcik qalıqlar”, “Qışlaq yerləri”, Diri dağındakı
Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik
Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər
kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, şıxlar kəndindəki
“Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk
qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir.
Rayonun ərazisində çoxlu yazılı abidələr vardır ki, bunlardan da Ağoğlandakı Orxan yazılı
abidəsi xüsusilə qiymətlidir.
Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni
işğalçılarına qarşı rəşadətlə vuruşub. İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları
məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək
yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və
yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon
ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150
mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan
Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini
Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb;
2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində
Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun
nəzarətinə keçmişdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın
27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları
bizə böyük zəfər yaşatdı.
İlham Əliyev müdrik rəhbər və Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsinin
qəhrəmanıdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gün davam edən
Vətən müharibəsində Azərbaycana qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan
təcavüzkar Ermənistan, həmçinin onun havadarları üzərində tarixi Qələbə qazandı.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl
rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı
Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9
kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı
Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan
hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.
Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.
Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan
torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü
bərpa etdi.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclər evinin direktoru