KANAL24.AZ
Az Iw En Ru

4 oktyabr - Cəbrayıl şəhəri gündür

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi
təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi
məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam
edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində
qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.
2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar
kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4
oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən,
Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan
azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində
ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu
27 ildən sonra düşmən işğalından azad edildi.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi.
Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak
edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif
edildi.
Bütünlüklə yerlə yeksan edilən Cəbrayıl rayonunda şanlı qələbəmizdən az sonra yeni
infrastruktur layihələrinin icrasına başlanıldı.Yeni yolun çəkilişləri başlanıldı. Artıq bu işlər
yekunlaşır və Cəbrayılın bərpası, yenidən qurulması və daimi sakinlərinin yenidən oz yurd-
yuvalarına qayıda bilmələri üçün Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dovlətimiz
əməli addımlar atır. İnanıram ki, yaxın gələcəkdə bütün azad olunmuş rayonlarımız,
kəndlərimiz, qəsəbələrimiz kimi Cəbrayılda da yenidən həyat canlanacaq , bütün
Qarabağlılar kimi uzun illər vətən həsrəti ilə yaşayan Cəbrayıllılarda öz doğma yurd yerlərinə
qayıdacaqlar və vətən uğrunda canından keçən şəhidlərimizin, vətən həsrəti ilə dünyasını
dəyişən soydaşlarımızın ruhları şad və rahat olacaq.
Artıq Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi
ilə rayonunn elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla
4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən
Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi
proqramı da təsdiq edilib. Yaxın vaxtlarda Cəbrayıl rayonunda 240 meqavat gücə malik
elektrik enerjisi stansiyasının inşasına başlanılıb. 
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar,
məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar
salınır, qələbə abidələri ucaldılır.
Sevindirici haldır ki, artıq azad Cəbrayıla keşmiş məcburu köçkünlərin qayıdışı
başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə,
respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər
və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz 4
oktyabr - Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub. 2024-cü il sentyabrın 30-da Cəbrayıl
şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə, indiyədək Cəbrayıl şəhərinə 117
ailənin, yəni 364 nəfərin daimi məskunlaşması təmin edilib. bu işlər böyük sürətlə davam
edir.
İlham Əmənov,
Sabirabad RİHB aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
müdirinin müavini


20:25 03.10.2024