KANAL24.AZ
Az Iw En Ru

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı

Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan
tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli
dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır.
Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq
missiyasını Heydər Əliyevdə görürdü. Bununla əlaqədar 30 il əvvəl 1993-cü il 3 oktyabr
tarixində keçirilən seçkilərdə ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi.
XX əsrin sonunda Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyəti, heç şübhəsiz,
dövlət müstəqilliyinin bərpası və müasir Azərbaycan dövlətinin yaradılmasıdır. Heydər
Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində
əsaslı dönüş yaratdı. Qısa vaxt ərzində həm hərbi-siyasi, həm də iqtisadi böhrandan çıxış
yolları tapıldı. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının demokratik, hüquqi və
dünyəvi dövlət kimi möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün
sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatların həyata keçirilməsi məhz Heydər
Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-
2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm
təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı
strateji xətti müəyyən edildi.
Ulu öndərin siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının taleyində, onun
ictimai, siyasi, mənəvi həyatında misilsiz xidmətlər göstərdiyini qeyd edən millət vəkili bildirdi
ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət
səviyyəsinə qaldırılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Məhz bu dövrdə Azərbaycan
dövlətinin qadın siyasəti yeni mərhələyə qədəm qoydu. Heydər Əliyev Azərbaycan
qadınlarının inkişafına, hüquqlarının qorunmasına və onların dövlət vəzifələrinə irəli
çəkilməsinə diqqət və qayğı göstərmiş, Azərbaycan qadınının mərdliyini, fədakarlığını,
sədaqətini, ismətini ən ali dəyərlər kimi qiymətləndirmişdir.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün
sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. O, dünya siyasətinə təsir etmək gücündə
olan və qlobal miqyasda təhlillər aparmağı bacaran siyasətçi idi. Azərbaycanda müstəqil
dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin
yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin
ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi,
vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi
prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir;
Qərbə inteqrasiya yolunu tutan Ulu ÖndərHeydər Əliyev ən çətin anlarda belə
yenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin
nəticəsi oldu. Sonradan Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin
müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8
ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41
neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-
Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına
çıxarılmışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi qiymət hər zaman
diqqət çəkmişdir. Ulu Öndər qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün
sahələrində irəli çəkilməsini vacib bilmişdir və Onun qadınlarla bağlı məsələlərin həlli üçün
imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı
istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur.
Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər
sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı
ardıcıl surətdə həyata keçirilməkdədir. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda yeni
siyasi və iqtisadi sistem qurulmuş, ölkəmiz sürətlə inkişaf edərək bölgənin lider dövlətinə

çevrilmişdir. Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza
atmışdır.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan
qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım
Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı,
peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur.
Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Vüsal Əsgərov,
Sabirabad Gənclərin İnkişafı və Kariyera Mərkəzinin könüllüsü


09:05 03.10.2024