Aşıq Ələsgər sənətinə hörmətin nəticəsi olaraq, hələ 3 il əvvəl onun adının
əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev iki Sərəncam imzalamışdır. Bir Sərəncam
əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam
əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.Və bu gün şəhərimizin
gözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.
Bildiyimiz kimi Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında
yaşamış, yaratmışdır.Prezidentin bildirdiyi kimi görkəmli hətta şəxs də ermənilərin etnik
təmizləməsinə məruz qalmışdır. Bu hadisə ilk dəfə 1918-ci ildə baş tutdu və şairin 97 yaşı var
idi. Lakin müəyyən müddət sonra o doğma kəndinə qayıda bilmiş, ömrünü Göyçə mahalında
başa vurmuşdur.
Prezident İlham Əliyevin açılış zamanı çıxışı da baş tutdu və bu çıxış müəyyən
mesajlarla yadda qalmış oldu. Belə ki, o şairə göstərilən diqqətdən də bəhs etdi: “1970-ci
illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də
Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi
ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları
onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi
Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz,
saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni
deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik
törədilirdi”. Beləliklə ermənilərin bu vəhşiliyinə ölkəmizin Qarabağı azad etməsindən sonra
erməni vandallarının tariximizə, mədəniyyətimizə, dəyərli irsimizə vurduğu zərbənin şahidləri
olmuş olduq.
Ən əsas məqamlardan biri də Prezidentin Qərbi Azərbaycanla bağlı mesajları idi:
“Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ci
ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü
deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı
öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu,
bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi
azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox
amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları
görməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar ”. Bəli,
Prezidentin haqlı olaraq əminliklə danışmağı, öz yurdlarından məhrum olmuş Qərbi
Azərbaycan camaatında böyük inam, sevinc yaratmış oldu. Eləcə də bizim bir daha haqq
yolunda olmağımızın bariz göstəricisidir. Necə ki, Prezident hər zaman bir gün Qarabağa
qayıdacağıq deyirdi və verdiyi sözü tutdu. Bu gün Qarabağda haqlı savaşımızdan sonra
torpaqlarımız azad, ölkəmiz suverenliyini bərpa etmiş oldu. Və ən əsası bu günlərdə artıq
Qarabağa həyat, dirçəliş qayıtmış oldu. Qarabağdan köçkün düşmüş insanlar öz yurdlarına
geri qayıtmış oldu və bu proses mərhələli olaraq davam edir. Prezidentin mesajları əsasında
deyə bilərik ki, tezliklə bunu Qərbi Azərbaycandan qovulmuş sakinlər də yaşayacaq, onlar öz
doğma yurdlarına geri qayıdacaq.
Afiq Ağayev,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi