KANAL24.AZ
Az Iw En Ru

“Böyük Qayıdış” Proqramı uğurla icra olunur

Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət
başçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinin
təkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən
səviyyədədir. «İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında
danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin
əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir»
söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə
yönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri
təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət
göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf
templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft
sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi
istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini
verməkdədir.
İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa
edilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70
kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450 körpünün
inşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji
potensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları
istismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər,
kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün
genişmiqyaslı işlər aparılır.
“Böyük qayıdış” Proqramı uğurla icra olunur. Bütün böyük infrastruktur layihələri
ilə yanaşı, əsas nailiyyətimiz odur ki, 4 şəhərə və 4 kəndə keçmiş köçkünlər qayıtmışlar.
Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamları xüsusi qeyd etdi.
Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq.
Hədəf bu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır.
Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, biz buna da nail olacağıq.
2024-cü ilin geridə qalan ayları göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanaqlı iqtisadi
inkişaf tempini qoruyub saxlayıb. Bir tərəfdən Ümumi Daxili Məhsuldakı artım, digər
tərəfdən qeyri-neft sektorunun iqtisadi artımdakı rolunun genişləndirilməsi və artıq
drayverə çevrilməsi ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı
hədəflərə nail olunması, eyni zamanda neftdən asılılığın minimumlaşdırılması ilə bağlı
strategiya uğurla icra edilir. İqtisadi artım dayanıqlıdır və son illər iqtisadi artım tempi
qorunub saxlanılıb. Digər tərəfdən isə iqtisadi artımda qeyri-neft sektoru xüsusi paya
malikdir. Bu da iqtisadiyyatın şaxələnməsi baxımından vacibdir. Eyni zamanda
Azərbaycan iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir. Çünki Azərbaycan
xarici borcun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəricilərdən birinə malik olan
ölkələrdəndir.
Bu da ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatı təhlükəsizlik yastığına
malikdir. Xüsusilə də xarici faktorlardan iqtisadiyyatın asılılığını minimumlaşdırıb. 2024-
cü ilin geridə qalan ayları üçün planlaşdırılan nəticələrə, hədəflərə praktik olaraq nail
olmaq mümkün olub. Bu isə ilin yekununda daha sürətli iqtisadi artımın əldə edilməsinə
imkan yaradacaq.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


09:43 28.09.2024