KANAL24.AZ
Az Iw En Ru

İqtisadi inkişaf gözlənilən səviyyədədir

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 26-da keçirilən iqtisadi
məsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızı
bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.
Prezident İlham Əliyev müşavirədə çıxışında ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən
səviyyədə olduğun vurğulayaraq iqtisadi artımın 4,3 faiz təşkil etdiyini söyləyən dövlətimizin
başçısı bildirdi: "Dünyada gedən bugünkü prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi
vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri
inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir".
Prezident İlhaim Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən əasa mühüm məqamı
xüsusi qeyd edib ki, bunlara nail olmaq üçün iqtisadiyyatımız inkişaf etməlidir. Dövlətimizin
başçısı iqtisadi məsələlərə həsr olunmuş müşavirədə onu da bildirib ki, ölkəmizdə iqtisadi
inkişaf dinamikası gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə
iqtisadiyyatın uğurlu olacağından xəbər verir. Cari ilin ötən dövründə, yəni yanvar-avqust
aylarında ölkəmizdə 80,9 milyard manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal
olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. İqtisadiyyatın neft-qaz
sektorunda əlavə dəyər 0,2 faiz, qeyri-neft-qaz sektorunda isə 7 faiz artıb. Habelə qeyri-neft
sənayesində 7,8 faiz artım qeydə alınıb.
Bu, onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış uğurlu
addımlar və düşünülmüş islahatların nəticəsidir ki, ölkəmizdə iqtisadi inkişaf dinamikası
gözlənilən səviyyədədir və mövcud artım templəri 2024-cü il üzrə iqtisadiyyatın uğurlu
olacağından xəbər verir: Bütövlükdə deməliyəm ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən
səviyyədədir. İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında
danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin
əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir.
Leyla Qəhrəmanova,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi


20:40 27.09.2024