KANAL24.AZ
Az Iw En Ru

Yeni dövr üçün Azərbaycanın qarşısında duran əsas vəzifələr

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda söz
sahibi olmağa, yaxud da ölkəmizi təhdid və təzyiqlər altında saxlamağa çalışan dövlətlərin
cəhdləri daha aydın şəkildə görünməyə başlayıb. Bilərəkdən sülh prosesinin yayındırılması,
Ermənistanın silahlandırılması, revanşist qüvvələrə şəraitin formalaşdırılması, eləcə də
Azərbaycana qarşı siyasi-ideoloji və informasiya cəbhəsinin açılması ölkəmiz qarşısında yeni
vəzifələr qoyur.
Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk
iclasında çıxışı zamanı əsas məqsəd və vəzifələri bir daha diqqətə çatdırıb: “İlk növbədə
Azərbaycana qarşı artan təzyiqlər səbəbindən dövlətin birinci nömrəli vəzifəsi hərbi gücün
artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının arxada
qalmasına baxmayaraq, həm dünyada gedən proseslər, həm yeni münaqişə və müharibə
ocaqlarının yaradılması və bu səbəbdən də region ətrafında gərginliyin artması, həm də
Ermənistanda revanşizm meyillərinin olması Azərbaycanı hərbi sahəyə daim diqqət
göstərməyə vadar edir. İkinci əsas vəzifə ondan ibarətdir ki, yerli hərbi sənaye kompleksi
daha sürətlə inkişaf etdirilməlidir. Buna səbəb isə odur ki, dünya silah bazarında qıtlığın
yaranması və əsas  etibarilə daha geniş coğrafiyada silah ixrac edən ölkələrin öz problemləri
ilə məşğul olmasıdır. Üçüncü əsas vəzifə ölkə sərhədlərinin daha güclü şəkildə qorunmasıdır.
Bununla da Azərbaycan həm xaricdən gələn təhdidlərin qarşısını daha qətiyyətli şəkildə alır,
eyni zamanda daxildə təxribatlar törətməyə çalışanları neytrallaşdırır. Məhz buna görədir ki,
ölkəmizin quru sərhədləri bağlıdır və bu, sabitliyin təminatında əhəmiyyətli rol oynayır.
Dördüncü əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsindən ibarətdir. İşğaldan
azad olunmuş ərazilərə həyatın qaytarılması bu gün prioritet işlərdən hesab edilir. Beşinci
əsas vəzifə də odur ki, cəmiyyətdəki milli birliyi daha da möhkəmləndirmək və gənc nəsli yad
ideoloji təsirlərdən qorumaqdır. Heç şübhəsiz ki, bu faktorlar Azərbaycanın gələcək inkişafının
əsas təminatçısıdır. Ona görə Prezident İlham Əliyevin bildirdiyi kimi elə gənc nəsil
yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm Vətənə bağlı, qürurlu olmalı, həm də xarici
təsirlərə boyun əyməməlidir”.
Sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət Ermənistana
heç də yaxşı olmayan nəticələr vəd edir: “Vaxt uzatma taktikası və digər məqamlar onu
deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə
edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq niyyətindədir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu
olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir
desin, vasitəçilər də bizə lazım deyil.
Rəfail Səfərov,
Sabirabad rayonu Gənclərin Kariyera və İnkişaf Mərkəzinin könüllüsü


20:43 26.09.2024