KANAL24.AZ
Az Iw En Ru

Bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlament

VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq
hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir 
2024-cü ilin 23 sentyabr tarixində Prezident İlham Əliyev VII çağırış Azərbaycan
Respublikası Milli Məclisinin ilk iclasında geniş çıxış edərək, ölkənin siyasi, iqtisadi və sosial
sahələrində gələcək prioritetləri barədə fikirlərini paylaşdı.
VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq
hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir.
Prezident İlham Əliyev ənənəyə uyğun olaraq, Milli Məclisin ilk iclasındakı dərinməzmunlu
çıxışı həm deputatlar, həm də bütövlükdə hər bir Azərbaycan vətəndaşı üçün yol xəritəsidir.
Dövlətimizin başçısının bəyan etdiyi kimi, bir il əvvəl şanlı Ordumuzun uğurla reallaşdırdığı
antiterror əməliyyatları nəticəsində suverenliyimizin bərpasından sonra artıq yeni mərhələ
başlayıb. Bu yeni mərhələdə qarşımızda yeni vəzifələr durur.
VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkə tarixində dövlətin beynəlxalq
hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. 
Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında
çıxışı zamanı əsas məqsəd və vəzifələri bir daha diqqətə çatdırıb: “İlk növbədə Azərbaycana
qarşı artan təzyiqlər səbəbindən dövlətin birinci nömrəli vəzifəsi hərbi gücün artırılmasıdır.
Çünki İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının arxada qalmasına
baxmayaraq, həm dünyada gedən proseslər, həm yeni münaqişə və müharibə ocaqlarının
yaradılması və bu səbəbdən də region ətrafında gərginliyin artması, həm də Ermənistanda
revanşizm meyillərinin olması Azərbaycanı hərbi sahəyə daim diqqət göstərməyə vadar edir.
İkinci əsas vəzifə ondan ibarətdir ki, yerli hərbi sənaye kompleksi daha sürətlə inkişaf
etdirilməlidir. Buna səbəb isə odur ki, dünya silah bazarında qıtlığın yaranması və əsas 
etibarilə daha geniş coğrafiyada silah ixrac edən ölkələrin öz problemləri ilə məşğul olmasıdır.
Üçüncü əsas vəzifə ölkə sərhədlərinin daha güclü şəkildə qorunmasıdır. Bununla da
Azərbaycan həm xaricdən gələn təhdidlərin qarşısını daha qətiyyətli şəkildə alır, eyni
zamanda daxildə təxribatlar törətməyə çalışanları neytrallaşdırır. Məhz buna görədir ki,
ölkəmizin quru sərhədləri bağlıdır və bu, sabitliyin təminatında əhəmiyyətli rol oynayır.
Dördüncü əsas vəzifə Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsindən ibarətdir. İşğaldan
azad olunmuş ərazilərə həyatın qaytarılması bu gün prioritet işlərdən hesab edilir. Beşinci
əsas vəzifə də odur ki, cəmiyyətdəki milli birliyi daha da möhkəmləndirmək və gənc nəsli yad
ideoloji təsirlərdən qorumaqdır. Heç şübhəsiz ki, bu faktorlar Azərbaycanın gələcək inkişafının
əsas təminatçısıdır. Ona görə Prezident İlham Əliyevin bildirdiyi kimi elə gənc nəsil
yetişdirilməlidir ki, həm bilikli, savadlı, həm Vətənə bağlı, qürurlu olmalı, həm də xarici
təsirlərə boyun əyməməlidir”.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


18:39 26.09.2024