KANAL24.AZ
Az Iw En Ru

27 sentyabr – yaddaşlara həkk olunan Anım günü

Artıq 4 ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Bununla əlaqədar Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində “Azərbaycan
Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncamı şanlı bayrağımızı
azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər
və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətidir. Cəmiyyətimizdə onların
yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları
qiyməti verir.
Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi
dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz
bəbəyi kimi qoruyub yaşadan gənclərdir. 44 günlük İkinci Vətən Müharibəsində
Azərbaycan gənclərimiz öz şücaətləri ilə sübut etdilər.
Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycanın Tovuz, Gəncə, Tərtər,
Mingəçevir və digər rayonlarımıza açılan cavab atəşləri nəticəsində düşmənin məkrli
niyyətinin qarşısı alınması istiqamətində xalqımız birlik nümayiş etdirdi. Bu döyüşlər
nəticəsində, çox təəssüf ki, Azərbaycan Ordusu şəhidlər verdi, ancaq bütün bunlar
Azərbaycan xalqının vətən-torpaq sevgisini, mübarizə əzmini, qələbə arzusunu daha da
alovlandırdı. Azərbaycanın müxtəlif şəhər və rayonlarında onminlərlə vətəndaşımız bir
anda ayağa qalxaraq yürüşlərə başladı, ordumuza, dövlətimizə dəstəyini nümayiş
etdirdi. 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ
da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən
Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur
mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham
Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini
nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun
ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur.
Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana
sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər
sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya
müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz
xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 44 gün davam edən və
işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin
ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident
İlham Əliyev həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam
edən münaqişədə qalib tərəfə çevirdi, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq
edildi.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44
günə mümkünsüzü mümkün etdi! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin
tapdağından qurtara biləcək bir dövlətin – Azərbaycanın var olduğunu sübut etdik. Bu
ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün
Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız
güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün
bərpası uğrunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə
hərbi yolla 30 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44
gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri
tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan
PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır.
Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.
Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa
müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası
müasir hərb tarixinə yeni örnək oldu. Döyüş meydanında darmadağın edilən
Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi
şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya

şərtlərinə razılığını verdi noyabrın 10-da Ermənistan “ağ bayraq” qaldırdı, kapitulyasiya
bəyannaməsini imzaladı. Ərazi bütövlüyümüz təmin olundu. Bir sözlə, “Qarabağ
Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi, bu dəfə
də vədinə əməl etdi.
2020-ci ilin 10 noyabr tarixi Azərbaycan tarixinə Qələbə Günü kimi düşdü. Bu gün
qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan
ordusunun gücüdür, potensialıdır. Bu həmrəylikdən “Dəmir yumruğa”a gedən, güclənən,
möhkəmlənən Qalib Azərbaycan Ordusudur. 27 sentyabr 2020-ci il tarixi xalqımızın
yaddaşından, hərb tariximizdən heç bir vaxt silinməyəcək. Çünki 27 sentyabr
ərazilərimizin geri qaytarılması ümidlərinin, Qarabağa aparan zəfər tarixidir.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri


10:39 27.09.2024