KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın Qarabağ iqtisadi rayonunun separatçılardan, terrorçulardan təmizlənməsi uğurla nəticələndi və artıq bəhrəsi də göz önündədir

Qarabağda lokal antiterror tədbirlərinə başladıq. Əvvəlcə onu deyim ki, Azərbaycan
Prezidenti İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən müqəddəs Qarabağ
hədəfi müəyyənləşdirmiş, həm düşünülmüş xarici siyasət kursu ilə bu hədəfə doğru getmiş,
həm də xalqı, xüsusən də gənc nəsli torpaqlarımızın işğaldan azad olunmasına inandırmaq
yönümlü daxili ideoloji xətt seçmişdi. Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibədə dərin
inamla məqsədyönlü siyasətin birgə zəfəri, böyük təntənə anı yaşanmışdı. Amma erməni hərbi
birləşmələri heç cür sülh danışıqlarına gəlmək istəmir, reinteqrasiyanı qəbul etmir,
mövqelərimizə qarşı təxribatları dayandırmırdı. Bu da özünü qondarma “dqr”in “müdafiə
ordusu” adlandıran, əslində isə Ermənistan silahlı qüvvələrinin birləşmələri olan ünsürlərə qarşı
tədbirlərin görülməsi zərurətini yaradırdı.  Belə də oldu. Azərbaycan Müdafiə Nazirliyi məlumat
yayaraq bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd
olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Qeyd
olunub ki, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda
törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-
quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin
olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan
silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş
nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların
tətbiqi ilə sıradan çıxarılıb. Hərbi əməliyyatlar başlanan andan etibarən separatçı-xunta
rejiminin tör-töküntüsünün isterika içərisində haray-həşiri də başlayıb. İlk olaraq Ruben
Vardanyan dilə gəlib. Məqsədli şəkildə Qarabağa göndərilən R.Vardanyan Xankəndinin
“kütləvi atəşə tutulması” barədə məlumat verib. Bu ağ yalana sosial şəbəkələrdə ermənilər elə
özü cavab verib. Azərbaycan Ordusu mülki obyektləri hədəf almır.
Azərbaycanın Qarabağ iqtisadi rayonunun separatçılardan, terrorçulardan təmizlənməsi
göründüyü kimi, ən qısa zamanda uğurla nəticələndi və artıq bəhrəsi də göz önündədir.
Azərbaycan Ordusunun qarşısını kəsməyin mümkünsüzlüyünü başa düşən, rəşadətli
ordumuzun hücumuna duruş gətirə bilməyən qanunsuz erməni silahlı dəstələri diz üstə
çökmək məcburiyyətində qaldılar və görüş keçirmək, razılıq əldə etmək kimi bir qərar da bu
baxımından anlaşılandır. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror tədbirlərinin
birinci mərhələsi düşmənin dayaq məntəqələrinin, rabitə qovşaqlarının, hərbi texnikanın
yerləşdiyi yerlərin, hava hücumundan müdafiə sistemlərinin məhv edilməsindən ibarət olub.
Məqsəd, mülki əhali arasında itkilərin qarşısını almaq, mülki əhali ilə bağlı itgi səviyyəsini
azaltmaq olub. Burada da əsas rol oynayan dəqiq silahlardan istifadə etməklə hədəfi məhv
etmək, zərərsizləşdirmək sayılır. Əlbəttə ki, bu, ilk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin
şəxsi heyətinin çox yaxşı hərbi-texniki səviyyəsini, peşəkarlığını və hazırlıqlı olmasını təsdiq
edir. Həm də bu şəkildə düşünülmüş, ölçü-biçi ilə atılan addımlar zamanı mülki əhalinin zərər
çəkməməsinə ümid etmək tam məntiqi sayılır və heç şübhəsiz ki, bunu da dünya ictimaiyyəti
müşahidə etmiş oldu. Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsi onu deməyə əsas
verdi ki, təhlükəsizliklə bağlı, ərazilərimizdə hərbi məsələlərlə əlaqədar hər hansı problemi həll
etməyə hər zaman imkan var. Əgər həqiqətən də həmin o qanunsuz silahlı dəstələr silahı
zamanında yerə qoysaydılar onlar üçün daha yaxşı olardı və dəmir yumruq başlarına bir də
endirilməzdi. Başa düşsəydilər ki, Bakı həm məqsədyönlü hərbi cavab üsullarını, həm də
diplomatik resursları birləşdirərək hər zaman nailiyyətlər əldə edir, uduzmur, o halda məsələnin
bura qədər davam etməsinə rəvac verməzdilər. Hər bir halda başlarına gələnlərə görə
məsuliyyətin onların üzərinə düşdüyünün fərqindədirlər. Fərqində olmasalar belə, bizim üçün

heç bir fərq etmir və biz öz ərazilərimizi qanunsuz silahlı dəstələrdən, terrorçulardan
təmizləmək kimi suveren haqqın sahibiyik və buna da, dəfələrlə göründüyü kimi, qadirik.
Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını
həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların
hamısı ölkəmizin konstitusyon quruluşuna ziddir, dövlət suverenliyimizə təhdidir.   Azərbaycan
Ordusunun 2023-cü il sentyabrın 19-20-də keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində
Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu, Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyi tam bərpa olundu.
Müslüm Rzayev,
Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri, Vətən Müharibəsi veteranı


19:13 19.09.2024