KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın suveren hüququ – lokal antiterror tədbirləri

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun növbəti erməni provokasiyalına
cavab olaraq keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren hüququdur. Son günlər
ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı
xarakter almışdır.
Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanatın dördüncü bəndinə əsasən Ermənistan üzərinə düşən öhdəlikləri yerinə
yetirməlidir. Lakin  Azərbaycanın səylərinə baxmayaraq, Vətən müharibəsindən ötən 3 il
ərzində təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi.  Ermənistan, hər zaman üzərinə
götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozmağa, çirkin əməllərini davam
etdirməyə çalışdı. 202-3-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin
Azərbaycanına Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış
minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus
nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də,
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya
düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralananlar vardır.
Ölkəmiz günahsız sadə vətəndaşların ermənilərin mina terroru nəticəsində həlak
olmasına göz yuma bilməzdi. Bu baxımdan Azərbaycan hökuməti lokal xarakterli antterror
tədbirləri keçirmək məcburiyyətində qaldı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli
bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün
ciddi təhlükə mənbəyidir. Artıq, Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ
iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan
silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların
hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın
təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə ötən il sentyabrın 19-dan etibarən bölgədə lokal xarakterli
antiterror tədbirlərinə başlanıldı.
Ordumuz tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində mülki əhali və infrastruktur
obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər, Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə
də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan
çıxarılır.
Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı
və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılmışdı. Bölgədə
sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ
bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan
silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki
əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə
dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın
Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici
texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.
Azərbaycan irəli sürdüyü şərtlərin qəbul edilməsi və qanunsuz dəstələrin tərkisilah edilməsi
tələbinin yerinə yetirilməyəcəyi təqdirdə antiterror əməliyyatlarını davam etdirəcəkdir.
Erməni tərəfi bundan nəticə çıxarmalıdır.
Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru


17:06 19.09.2024