Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı
sessiyada çıxışı zamanı Prezident İlham Əliyev yüksək səviyyəli Azərbaycan-İtaliya
münasibətlərindən geniş bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və İtaliya uzun
illərdir strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Ölkələrimiz arasında əməkdaşlıq bir çox
sahəni əhatə edir. Bura enerji, ticarət və humanitar sahələr aiddir. Bu əlaqələrin əsasını
ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi təmaslar təşkil edir.
Prezident İlham Əliyev Forumda Azərbaycanın İtaliyanın bir nömrəli neft və ikinci ən
böyük qaz təzhizatçısı olduğunu vurğulayaraq ölkəmizin bu sahədə olan potensialına da
diqqət çəkdi. Azərbaycan təkcə İtaliyanın deyil, ümumilikdə 10 ölkənin enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rola malikdir. Müasir dövrdə enerji təhlükəsiziliyi milli
təhlükəsizliyin ayrılmaz bir parçası hesab edilir. Bu baxımdan Azərbaycan Avropa ölkələrinin
milli təhlükəsizliyinin təmin edilməsində çox böyük əhəmiyyətə mailk olan dövlətdir.
Çernobbio Forumundakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın haqq işinə
xüsusilə diqqət çəkərək xatırlatdı ki, ölkəmiz 30 il Ermənistanın işğalı ilə üz-üzə qaldı və
beynəlxalq təşkilatların qərarları, qətnamələri icra edilmədi. ATƏT-in Minsk qrupunun da heç
bir əməli fəaliyyətinin olmadığını bilridən ölkə başçısı ədalətin və sülhün təmin olunmasında
beynəlxalq hüququn kifayət etmədiyini vurğuladı. Məhz Azərbaycan beynəlxalq hüquq
çərçivəsində öz cəsarəti, real gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bununla da ölkəmiz bir nümunə yaratdı. Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş
regionda geosiyasi dəyişiklik yaratdığını qeyd edən ölkə başçısı sülh müqaviləsinin
bəndlərinin təqribən 80 faizin razılaşdırıldığını açıqladı. Sərhəddin delimitasiya prosesinin
başlanması, həmçinin kiçik bir hissənin demarkasiyası Azərbaycanın yaratdığı yeni reallığın
nəticəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, sülh sazişinin imzalanması yalnız Cənubi
Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Çünki Azərbaycan qlobal
arenada müxtəlif aktorlar arasında əlaqələrin qurulmasında maraqlıdır. Qlobal Cənub və
qlobal Şimal arasında körpülərin qurulması da məhz Azərbaycanın iştirakı ilə mümkündür.
Beynəlxalq Çernobbio Forumunda Rusiya-Ukrayna münaqişəsinə münasibət
bildirərkən Prezident İlham Əliyev Azərbaycanın hər iki ölkənin ərazi bütövlüyü və
suverenliyini dəstəklədiyini bəyan etdi. Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi
ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə müraciət edildiyini
açıqlayan ölkə başçısı Azərbaycanın hər iki ölkə ilə təmaslar qurduğunu və ciddi irəliləyiş
üçün zəmin olduğunu diqqətə çatdırdı. Həmçinin buradan bu qənaətə gəlmək mümkündür ki,
Rusiya-Ukrayna münaqişəsin danışıqlar yolu ilə həllində Azərbaycan vasitəçi ölkə ola bilər.
Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışını ümumilikdə diqqətlə analiz etdikdə
görmək mümkündür ki, Azərbaycan yeni geosiyasi şəraitdə mühüm rola malikdir.
Natiq Qəfərov,
Sabirabad rayonu Kürkəndi bələdiyyəsinin sədri