KANAL24.AZ
Az Iw En Ru

Zakir Fərəcov universitetlərə qəbul olan şəhid övladları ilə görüşüb

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhid övladları ilə görüşüb.

İcra Hakimiyyətindən  verilən məlumata görə, görüşdə şəhər İH rəhbəri ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib, onlara uğurlar arzulayıb və hədiyyələr təqdim edib.
Görüşdə şəhid Ramiz Cəfərovun qızı Nərgiz Cəfərova, şəhid Ramil Ağayevin qızı Aysun Ağazadə və şəhid Vüqar Yusifovun qızı Ayan Yusifzadə iştirak ediblər.
Qeyd edilib ki, 21 nömrəli məktəbin məzunları Nərgiz Cəfərova Xəzər Universitetinə, Aysun Ağazadə Azərbaycan Dövlət İqtisad Universitetinə, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyin məzunu Ayan Yusifzadə isə Azərbaycan Tibb Universitetinə qəbul olub.


16:49 04.09.2024