Ümummilli lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası
Ali Məclsinin sədri seçilməsindən 33 il ötür. Ulu öndərin dövlət, millət qarşısında xidmətləri
zaman keçdikcə daha da aydın görünür. Onun ən əsas istəyi xalqın birliyinə, dünya
azərbaycanlılarının həmrəyliyinə söykənən müstəqil, güclü, müasir dövlətinin yaradılması idi.
1991-ci il sentyabr ayının 3-də Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin Sədri seçilməsindən sonra Azərbaycanın dövlətçilik tarixində mühüm
dəyişikliklər baş vermişdir.
Naxçıvandan başlanan müstəqillik yolu milli dövlətçiliyimizin bərpası istiqamətində qəti
addımların atılmasına gətirib çıxardı. Ulu Öndər Heydər Əliyev keçmiş Sovetlər Birliyinin
mövcud olduğu bir dövrdə cəsarətli addımlar ataraq Naxçıvan Muxtar Respublikasının
adından “Sovet Sosialist” sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri
addımlar görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara məxsus silah-sursatın,
texnikanın və əmlakın tamamilə Naxçıvanda saxlanması şərtilə ilk dəfə olaraq bu torpağı tərk
etdilər.
İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikanın Ali Məclisində 20 Yanvar faciəsinə
siyasi qiymət verildi, həmin günün milli matəm günü elan olunması, dünya azərbaycanlılarının
birlik və həmrəylik gününün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi
qərarlar qəbul olundu. Azərbaycan Xalq Cümhurriyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ulu öndərin
təşəbbüsü ilə muxtar respublikanın Dövlət bayrağı olaraq təsdiq olundu. Eyni zamanda,
Naxçıvan Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli
bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı və 1991-
ci il fevralın 5-də bu vəsatətə baxıldı. Həmin tarixdən etibarən Azərbaycan Respublikasının Ali
Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu
yenidən Dövlət bayrağı elan etdi.
Bu dövrdə dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə
getmirdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni iqtisadi təfəkkürə söykənən, bazar
iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu
ziyanın aradan qaldırması üçün tədbirlər görülür, Türkiyə və İranla iqtisadi əlaqələr qurulurdu.
Qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və
Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri yaxınlığında istilik-
elektrik stansiyası tikildi, Türkiyədən və İrandan Naxçıvan Muxtar Respublikasınına yüksək
gərginlikli elektrik xətləri çəkildi.
Göründüyü kimi, siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev
gördüyü işlər, həyata keçirdiyi islahatlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və
həmrəyliyini təmin etmiş oldu. Ulu öndərin gərgin fəaliyyəti və səyləri nəticəsində sabitlik
təmin edildi, muxtar respublikanın sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Naxçıvanda həyata
keçirlən tədbirlər, əldə olunan nailiyyətlər 1990-1993-cu illərdə xaos və qarşıdurmalar
mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan Azərbaycan
üçün ümid, nicat yeri idi.
Nəsir Mirzəliyev,
Sabirabad RİH başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdiri