Bu gün Azərbaycan Respublikası qarşıya qoyduğu bütün məqsədlərə çatmaq üçün gələcəyə
yönəlmiş uğurlu daxili və xarici siyasət aparır. Həmçinin dövlətimiz xarici ölkələrlələ qarşılıqlı əlaqələrin
genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır,
bütövlükdə dövlətlərarası münasibətlərin inkişafına öz layiqli töhfəsini verir. Azərbaycanın xarici
siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələrin inkişafı mühüm yer tutur. Son
illər Mərkəzi Asiyanın dinamik inkişaf edən ən böyük dövlətlərindən biri olan Azərbaycan ilə Özbəkistan
arasında əlaqələr durmadan genişlənir.
Azərbaycan ilə Özbəkistan dövlət müstəqilliyini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq
münasibətləri daha da inkişaf etmiş və uzun illər sınaqlardan sonra indiki səviyyəyə çatmışdır.
Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin
formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun
müstəsna xidmətləri var. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, ümummilli lider Heydər
Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı iki ölkə arasında münasibətlərin strateji istiqamətləri
müəyyənləşdirilmişdir. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli
Dövlətlərin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik
yubileyinin qeyd edilməsində iştirak etmək üçün Daşkənddə olmuşdur. Ümummilli lider Heydər Əliyevin
1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfərini əlaqələrin inkişafında yeni mərhələ kimi
qiymətləndirmək olar. 1996-cı ildə Özbəkistanda Azərbaycanın, 1998-ci ildə Bakıda Özbəkistanın
səfirliklərinin açılması ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə növbəti töhfə oldu.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də
Özbəkistanla dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişafına xüsusi diqqət yetirir.
Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyev və
Prezident Şavkat Mirziyoyev arasında etimad münasibətləri həlledici rol oynayır. Prezident İlham
Əliyevin cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında
qeyd etdiyi kimi, qardaş ölkədə tez-tez olur: “Səfərə hazırlaşarkən, onların cədvəlinə və Şavkat
Miromonoviçin səfərlərinin cədvəlinə nəzər saldım və gördüm ki, bu, mənim son iki ildə beşinci
səfərimdir. Şavkat Miromonoviç isə son il yarımda dörd dəfə Azərbaycanda olub. Əgər buna noyabrda
COP konfransında görüşməyimizi də əlavə etsək, onda hesabı bərabərləşdiririk. Bu, ən yaxşı
göstəricidir. Hələ mən başqa ölkələrdə beynəlxalq tədbirlər çərçivəsində görüşlərimizi demirəm. Bütün
bunlar bu gün haqqında danışdığımız və Ali Dövlətlərarası Şuranın birinci iclası çərçivəsində
məruzələrdə dinlədiyimiz uğurların rəhnidir. Konkret layihələrin iyirmiyə çatdırılması onun nəticəsidir ki,
bizim keçmişdə razılığa gəldiklərimizin hamısı yerinə yetirilib”.
Xatırladaq ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində avqustun 23-də
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Tədbirdə Prezident
İlham Əliyevin və Prezidenti Şavkat Mirziyoyev çıxış ediblər. Yeri gəlmişkən, Daşkənddə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
“Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci
iclasının Qərarı”nı qəbul ediblər.
Həmçinin, elə həmin gün prezidentlərin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə
görüşü keçirilib. Görüşdə Prezident İlham Əliyev çıxışında deyib ki, biznes strukturları siyasi
konyunkturaya çox həssas reaksiya verir: “İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən
yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Ona görə də bu, iş adamlarımızı birlikdə işləməyə
və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biridir”.
Azərbaycan qardaş ölkə olan Özbəkistanla əməkdaşlığın inkişafına çox böyük önəm verir. Bu
baxımdan dövlətimizin başçısının Özbəkistana bu səfəri iki ölkənin münasibətlərinin inkişafı baxımından
xüsusilə məhsuldar olub. Bunu səfər zamanı prezidentlərin “Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalaması, eləcə də imzalanan
10 artıq digər sənədlər bir daha təsdiq edir.
Bütün imzalanan sənədlər və qəbul olunan qərarlar Mərkəzi Asiyanın aparıcı ölkələrindən biri
olan Özbəkistanla əməkdaşlığın əsas vektorlarını müəyyən edir.
Səbinə İsmayılova,
Yeni Güdəcühür qəsəbə klub-icma mərkəzinin müdiri