Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə
münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya
ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb.
Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının
yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən
biri də Özbəkistandır. Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və
qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə
malik hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Xüsusilə də, müstəqillik
illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin
formalaşmasında ulu öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun
müstəsna xidmətləri olub.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri yeni
mərhələyə qədəm qoyub. Belə ki, Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan lideri Şavkat Mirziyoyevin dəvəti ilə
avqustun 22-də Daşkəndə səfəri bu birliyin, həmrəyliyin təsəssümüdür. Azərbaycan
Prezidentinin Özbəkistana dövlət səfərinin gündəliyinə Özbəkistan-Azərbaycan strateji
tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın
genişləndirilməsi məsələləri daxildir. Azərbaycanla Özbəkistan arasında təşəkkül tapmış
strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdə və məzmunca daha da
zənginləşməkdədir.
Azərbaycanla Özbəkistan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət
başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Azərbaycanla Özbəkistan
arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə
böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin
başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını
şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında
münasibətlərin gələcəyini müəyyənləşdirir. Bir sözlə, Prezidentlərin qarşılıqlı səfərləri onu
göstərir ki, hər iki tərəf münasibətlərin inkişafına böyük önəm verir.
Ən əsası isə, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı
dəstəkləyən ölkələrdən oldu. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq
dəstəyini hiss etdi. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində unudulmaz
hadisələrdir. Bir sözlə, hər iki dövlət rəhbərlərinin səfərləri strateji tərəfdaşlıq münasibətlərinin
daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsinə müsbət təsirini
göstərir.
Bu gün eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan
Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələr daha da möhkəmlənib. Belə
ki, Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq və
qardaşlıq münasibətləri daha da inkişaf etdirildi və uzun illərin sınağından çıxaraq bugünkü
səviyyəsinə gəlib çatdı. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk
Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar
çərçivəsində günbəgün inkişaf etdirilir.
Eyni zamanda, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim
Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə Özbəkistan Xarici
İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü
prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara
başlamağa çağırıb. Qürurvericidir ki, Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə
qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə
Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına böyük məktəbin inşasının layihəsi
Azərbaycan hökumətinə təqdim olunub.
Beləliklə, bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan-Özbəkistan münasibətləri
yeni mərhələyə qədəm qoyub və iki ölkə liderlərinin – Azərbaycan Respublikasının Prezidenti
İilham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən siyasəti,
qarşılıqlı səfərləri və mütəmadi təmasları nəticəsində artan templə inkişaf etməkdədir.
Dövlət başçımızın dediyi kimi: «Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr və etibarlı
tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin
inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da
dərinləşməsinə nail olacağıq».
Nicat Zülfüqarov,
“Azərpoçt” MMC-nin Sabirabad rayon filialının əməkdaşı