KANAL24.AZ
Az Iw En Ru

Dərin kökü olan dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək

Tarixi Zəfərimiz bütün istiqamətlərdə, o cümlədən xarici siyasət sahəsində yeniliklərə yol
açdı. Türk dünyasının birliyi daha da möhkəmləndi və bu həmrəyliyin gələcəyinə böyük inam
formalaşdı. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun
artmasına hər bir türk dövləti öz töhfəsini verməyə səy göstərir. Prezident İlham Əliyev türk
dünyasını böyük ailə kimi dəyərləndirərək yeni dövrün yeni hədəflərini açıqlayarkən bu çağırışı
etdi ki, bizim ailəmiz türk dünyasıdır.
Bu həmrəylik hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-
quruculuq işlərində özünün aydın ifadəsini tapır. Özbəkistan Prezidentinin təşəbbüsü ilə
Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı məhz Şavkat
Mirziyoyevin ötən ilin avqustunda Azərbaycana dövlət səfəri çərçivəsində oldu. Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından
çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev
də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında
həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib: “Özbəkistan ilk ölkədir
ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş
ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy
adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək
qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin
Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq
Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə
məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu
qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.”
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam
etdirən Prezident İlham Əliyevin xarici siyasətimizin əsas tərkib hissəsi olan türk dünyasının
həmrəyliyinin təmin edilməsinə yönələn addımları davamlılığı ilə diqqət çəkir. Prezident İlham
Əliyev daim bu çağırışı edir ki, biz birlikdə güclüyük. Əvvəldə də qeyd etdiyimiz kimi, tarixi
Zəfərimizdən sonra türk dünyasının birliyi daha da möhkəmlənib. Bunu türkdilli ölkələrin dövlət
başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın çoğrafiyasının genişlənməsində, həmçinin
əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da
təsdiqləyir. Əməkdaşlığın ikitərəfli çərçivədə davamlı inkişafı beynəlxalq təşkilatlarda da
əlaqələrin möhkəmlənməsində öz sözünü deyir.
Avqustun 22-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri özündə mühüm
məqamları ehtiva edir. Ötən ilin bu günlərində isə Özbəkistan Prezidenti Azərbaycanda dövlət
səfərində olmuşdur. Azərbaycan və Özbəkistan iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət
başçılarının şəxsi münasibətləri əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirir.
Ölkələrimizi qədim tarix birləşdirir. Bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. İki
ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurlu inkişafı üçün möhkəm baza mövcuddur.
Ötən il Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində müxtəlif sahələr üzrə 20-dən
artıq sənəd imzalanmışdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan
Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” həm ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın
gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirdi.
Son dörd ilə yaxın dövrün mühüm və qürurverici hadisəsinin işğaldan azad edilmiş
ərazilərimizin böyük quruculuq mərkəzinə çevrilməsi olduğunu, burada inşa edilən beynəlxalq
hava limanlarının əməkdaşlıq əlaqələrimizdə yeni səhifələrin açılmasında əhəmiyyətli rol
oynadıqlarını nəzərə alsaq bu torpaqlara hər bir səfərin özəlliyi daha aydın görünür. Füzuli və
Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30
ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq
bu ərazilərimizdə yeni həyat başlayır. Dost ölkələrin prezidentlərinin işğaldan azad edilmiş
ərazilərimizdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq istəyi həmrəyliyimizin, qardaş
dəstəyinin göstəricisidir. Ümumilikdə Azərbaycanın bu torpaqlarda tətbiq etdiyi dirçəliş modeli

dünyanın diqqətindədir. Şəhərlərin bərpası Baş planlar əsasında həyata keçirilir. Bu planlar
görülən işlərin yol xəritəsidir.
Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham
Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri həlledici rol oynayır. Həm
Azərbaycan, həm də Özbəkistan iqtisadi baxımdan da bütün türk dünyasının qüdrətli dövlətləri
hesab olunurlar. Nəqliyyat sektoru iki qardaş dövlət, bütövlükdə türkdilli ölkələr arasında
əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən
biridir. Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal
əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq
Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq
nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya
ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan
verir.
İki dost, qardaş ölkə arasında əlaqələrin təhlili fonunda belə bir əminlik də ifadə edilir ki,
ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və
qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına
xidmət göstərəcək. Qeyd etdiyimiz kimi, bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din,
oxşar mədəniyyətlər və dil təşkil edir. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-
birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində
hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib.
Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə, o cümlədən mədəniyyət
sahəsində tarixən mövcud olan əlaqələr möhkəm təməllər üzərində bundan sonra da inkişaf
edəcək və zənginləşəcək. Qarşılıqlı səfərlər zamanı müəyyən məsələlər ətrafında aparılan fikir
mübadiləsi, ümumi mövqenin ortaya qoyulması, imzalanan sənədlər də bu əminliyə əsas verir.
Göründüyü kimi, tərəflər əlaqalərin inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə etməyə
çalışır. Ölkələrimiz arasında əlaqələrin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Biznes
Forumların keçirilməsi tərəflərin malik olduğu imkanların təqdimatında böyük əhəmiyyət kəsb
edir. Cənab İlham Əliyevin qardaş ölkəyə reallaşdırdığı dövlət səfəri çərçivəsində keçirlən
görüşlər, imzalanan sənədlər, prezidentlərin mətbuata bəyanatları münasibətlərimizin gələcək
inkişafının mənzərəsini təqdim edəcək. Prezident İlham Əliyev daim bu məqamı xüsusi qeyd
edir ki, dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir. Dövlətlərarası
münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Qeyd edək ki, iki ölkə arasında bu vaxtadək
imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli
əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


11:51 26.08.2024