KANAL24.AZ
Az Iw En Ru

Olimpiya oyunlarında uğurlu iştirak

Azərbaycanın olimpiya oyunlarında iştirakı həmişə uğurlu olub. Əldə edilən uğurlu
nəticələr bu qənaətə əsas verir. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bildirdi ki,
 Olimpiya Oyunları bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir.
İdmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-
Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri
inkişaf edir: “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək,
həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti
Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. Bir neçə idman növündə nəsillərin dəyişməsi
prosesi gedir. Ona görə təbii ki, biz növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq
və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Nəzərə alsaq ki,
idmanla məşğul olmaq üçün indi ölkəmizin hər bir yerində gözəl şərait var. İdmana rəhbərlik
edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla
fəaliyyət göstərir.” Cənab İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, uzun illər
ərzində idmanın kütləviliyi ilə bağlı dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür-
fiziki, mənəvi cəhətdən sağlam, Vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin.
İdmançılarımızın uğurlu çıxışları bunu bir daha göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr
edə bilərik. Bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də
artırır. İdmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları
göstərirlər.
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini


07:30 16.08.2024