KANAL24.AZ
Az Iw En Ru

Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını ləyaqətlə təmsil edirlər

Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və
yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, eləcə də, ölkəmizin beynəlxalq idman
yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, əldə edilən uğurlar Azərbaycanın dünya
idmanında öz yerinə və sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman
sahəsindəki uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır.
Belə ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün
sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti
İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və
onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən
dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir
yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara
xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da
göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Qeyd edilib ki, bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında
idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar.
Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada
iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü
yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
21 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi
görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində
inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara
təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da
yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.
Görüş zamanı Prezident İlham Əliyev bildirib: “Əlbəttə ki, indi müəyyən istirahətdən sonra yeni
hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək.
Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”.
Qeyd edilib ki, hazırda bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də
növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılaraq xüsusilə uşaq-yeniyetmə idmanına bundan
sonra da diqqət göstərilməlidir. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl
şərait vardır. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub,
federasiyalar, klublar uğurla fəaliyyət göstərir.
“Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu
Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, mən əminəm,
növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq”, – deyə dövlət başçısı əlavə edib.
Görüşdə ölkə başçısı qızıl medalçılarımızı – Hidayət və Zelimi ürəkdən təbrik edərək bildirdi ki,
“Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər
birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu
liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onların məşqçilərini təbrik edirəm, Cüdo
Federasiyasının rəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün
qurulanda, ab-hava gözəl olanda nəticə də əlbəttə ki, göz qabağındadır”, – deyə dövlət başçısı əlavə
edib.
Prezident İlham Əliyev həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqların
sayının çox olacağına əminliyini bildirərək vurğuladı ki, “Uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı
dediyim sözlər və verdiyim tapşırıqlar bir məqsədi güdür ki, fiziki, mənəvi cəhətdən sağlam, Vətənə
bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin. İdmançılarımızın uğurlu çıxışları bunu bir daha
göstərdi ki, biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik”.
Murad Həsənli,
Mil-Muğan Regional Gənclər və İdman İdarəsində Gənclərlə iş sektorunun müdürü


16:28 15.08.2024