Sağlam bədəndə sağlam ruh olar, - deyiblər. Sağlamlıq xoşbəxt həyatın əsas şərti və
təminatıdır. Əlbəttə ki, insan ruhunun sabitliyi, baş verən hadisələrə psixoloji baxımdan düzgün
yanaşması fiziki sağlamlıq faktoru ilə sıx bağlıdır. Sağlamlıq ən böyük nemətlərdən
olduğundan hər bir insan onu qorumağı bacarmalıdır. İdmanla məşğul olmaq insan
sağlamlığının qorunmasında, ruh yüksəkliyinin artmasında müstəsnadır. Ölkəmizdə gənc
nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi dövlətimiz tərəfindən daim diqqət
mərkəzində saxlanıldığından bu sahənin inkişafı istiqamətində mühüm qərarlar verilir və
sənədlər imzalanır. Qeyd edək ki, bu gün Azərbaycanda Olimpiya Hərakatı öz inkişaf dövrünü
yaşayır. Dövlətin idmana olan qayğısı baxımından Azərbaycan dünyada öndə gedən ölkələr
sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin
nəticəsidir ki, Azərbaycan dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Azərbaycanda
keçirilən dünya və Avropa çempionatları, bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda
idman uğurla və sürətlə inkişaf edir. Olimpiya Oyunları dedikdə, yalnız idman yarışlarını, idman
həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul
olunur. Olimpiya Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman
nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması
prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya
Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuşdur.
Əgər idman sahəsində uğurlarımıza və idmançılarımızın əldə etdiyi nailiyyətlərə nəzər
salsaq görərik ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda kifayət qədər yüksək nəticələr
əldə etmişdirlər. İdmançılarımıza ayrılan diqqət, göstərilən etimad cavabsız qalmamışdır. Belə
ki, Sidney görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan Azərbaycana 5
medalla qayıdan idmançılarımız Pekin yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla idman
tarixinə imza atmış oldular. İdmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London
XXX Yay Olimpiadası daha uğurlu oldu. Belə ki, qaliblər üçün nəzərdə tutulan medallardan 2
qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər. Çində keçirilmiş
yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz əlavə aktivlər qazandılar. Göründüyü
kimi saymaqla bitməyən uğurlar Azərbaycan idmanının qələbəsidir. XIII Avropa Gənclərinin
Olimpiya Festivalı da atletlərimiz üçün uğurlu oldu. 2 qızıl, 1 gümüş və 2 bürünc medal
qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutdular. Və hər zaman idmançılarımız qələbə
sevincini yaşayıb və bizlərə yaşadırlar. Əgər idmanın qələbə sorağından yazırıqsa, buraya
Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunlarını da qeyd etməliyik. "Bakı-2015" ilk
Avropa Oyunlarında yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc
olmaqla 56 medal qazanaraq 2-ci yeri tutması, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında
idmançılarımız möhtəşəm uğura imza atmış oldular və "Bakı-2017"nin ən güclüləri oldular.
Azərbaycanın "Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirakı və uğur qazanmaları
Azərbaycan idman tarixində önəmli yer tutur. İdmanın 22 növü üzrə 529 dəst medal uğrunda
keçrilən yarışlarda Azərbaycan millisinin 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19
medal qazanması böyük nailiyyət oldu və bu Azərbaycanın paralimpiya tarixində bu, ən uğurlu
Paralimpiya Oyunları kimi tarixiləşdi.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri